Rezervasiyaların ləğvi və geri ödəniş şərtləri sanatoriya və klinikanın öz siyasətinə əsasən müəyyən olunur.
Hər rezervasiyanın ləğv şərtləri təklif zamanı sanatoriya tərəfindən göstərilir və Quote sənədində əks olunur. Şərtlər sanatoriyadan sanatoriyaya fərqlənə bilər.
Təsdiqlənmiş və ödənişi edilmiş rezervasiyanın ləğvi zamanı geri ödəniş məbləği, ləğv tarixi ilə gəliş tarixi arasındakı müddətə əsasən sanatoriyanın siyasətinə uyğun hesablanır.
Ləğv və geri ödəniş sorğusu agentliyin CRM kabinetindən açılır, sanatoriya tərəfindən baxılıb təsdiqlənir. Nəticə booking tarixçəsində qeyd olunur.