Tripwells platformasında topladığımız məlumatlar necə istifadə olunur, aşağıda izah edilir.
Qeydiyyat zamanı şirkət adı, əlaqə şəxsi, telefon və e-mail kimi əsas əlaqə məlumatlarını, platformadan istifadə zamanı isə sorğu, təklif və rezervasiya tarixçəsini toplayırıq.
Bu məlumatlar yalnız rezervasiya prosesini idarə etmək, tərəflər arasında əlaqəni təmin etmək və hesabatlar hazırlamaq üçün istifadə olunur. Üçüncü tərəflərlə kommersiya məqsədilə paylaşılmır.
Məlumatlar müqavilə münasibəti davam etdiyi müddətdə saxlanılır. Hesabınızın silinməsini tələb etdiyiniz halda, qanuni saxlama öhdəlikləri istisna olmaqla, məlumatlarınız silinir.
Məlumatlarınızla bağlı suallar üçün agentlik və ya provider kabinetinizdəki dəstək kanalları vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.